Tibbi Linoleum

Tibbi Linoleum

 

Tibbi linoleum xəstəxana, klinika, poliklinika, laboratoriya və digər səhiyyə müəssisələri üçün xüsusi olaraq istehsal olunan antibakterial, gigiyenik və davamlı döşəmə örtüyüdür. Bu örtük infeksiyaya qarşı yüksək qoruma təmin edir və intensiv istifadəyə tam uyğundur.

 

Homojen Tibbi Linoleum

Homojen linoleum tək qatlı, bütün qalınlığı boyunca eyni struktura malik olan tibbi döşəmədir.

1. Üstünlükləri:

– Bütün qalınlıq boyu eyni material (uzunömürlüdür)
– Aşınmaya və cızıqlara qarşı yüksək davamlılıq
– Antibakterial və gigiyenik səth
– Kimyəvi maddələrə və dezinfeksiya vasitələrinə davamlı
– Antistatik xüsusiyyət
– Derzsiz (isti qaynaqla) montaj imkanı

2. İstifadə sahələri:
– Əməliyyat otaqları
– Reanimasiya və steril zonalar
– Laboratoriyalar
– Təcili yardım bölmələri

 

Heterojen Tibbi Linoleum

 

Heterojen linoleum çoxqatlı struktura malik tibbi PVC döşəmə örtüyüdür. Alt qatları əlavə komfort və səs izolyasiyası təmin edir.

1. Üstünlükləri:
– Çoxqatlı quruluş (rahat və elastik)
– Səs və zərbə udma xüsusiyyəti
– Antibakterial və asan təmizlənən səth
– Geniş dizayn və rəng seçimi
– Sürüşməyə qarşı təhlükəsizlik
– Xərc baxımından daha sərfəli alternativ

2. İstifadə sahələri:
– Xəstəxana koridorları
– Palatalar
– Poliklinikalar
– Qəbul və gözləmə zonaları

3. Texniki və Gigiyenik Xüsusiyyətlər:
– Antibakterial və antistatik
– Asan yuyulan və dezinfeksiya olunan
– Nəmişliyə və kimyəvi maddələrə davamlı
– Yüksək aşınma müqaviməti
– Yanğına davamlılıq (Bfl-s1 standartına uyğun variantlar)
– Uzun istismar müddəti